Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonu Xaçmaz kəndində yeni çəkilmiş içməli Su xəttinin açılışı.

08 oktyabr 2019 | 16:00

Tədbirdə Oğuz rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, “Azərsu” ASC-nin 6 nömrəli regional Sukanal idarəsinin rəisi Bayram Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdimişdir.


      Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək kənd sakinlərini Su xəttinin açılışı münasibətilə təbtik etdi. Respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində Oğuz rayonunda da  abadlıq və quruculuq aparılmışdır.
Rayonumuzda, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımızın həyat şəraitlərini daha da yaxşılaşmışdır. Görülən bu işlərin nəticəsidir ki, bu gün  əhalimizin rahat və  firavan yaşayışı təmin olunmuş və bu istiqamətdə işlər davam etdirilməkdədir. O, çıxışında rayonumuza göstərdiyi bu diqqət və qayğıya görə olkə rəhbərinə, cənab Preziden İlham Əliyevə dərin minnətdarlığınını və təşəkkürünü bildirdi.

Çıxış edən Azərsu” ASC-nin 6 nömrəli Regional Sukanal idarəsinin rəisi Bayram Məmmədov kənd sakinlərini təbrik edərək görülən işlərdən danışdı.

Kənd sakinləri adından çıxış edən İldırım Qocayev Xaçmaz kəndinə göstərdiyi diqqət və qayğıya, Su çəkilişinə və kəndin inkişafı ilə bağlı digər işlərin görülməsinə görə verdiyi Sərəncam və göstərişlərə görə kənd sakinləri adından ilk öncə cənab prezident İlham Əliyevə, bu işlərin yerində icrasına dəstək və köməklik etdiyinə görə rayon rəhbərliyinə və “Azərsu” ASC-nin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

Keçidlər