Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir.

05 oktyabr 2018 | 16:00

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov tədbiri giriş sözü ilə açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O, nitqində Oğuz  təhsilinin inkişaf yollarından, qazanılan nailiyyətlərdən, təhsilə dövlət qayğısından, təhsilin maddi texniki bazasının möhkəmləndirilməsi və informasiya kommunikasiya texnologiyaları ilə təchizatı istiqamətində aparılan işlərdən və müəllim əməyinə verilən dövlət qiymətindən danışdı.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 oktyabr 2018-ci il tarixli əmri ilə təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlara görə Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” doş nişanı ilə təltif olunmuş, Həbib Babayev adına Oğuz şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Təhminə Eldarova çıxışında ona dovlət tərəfindən yaradılmış qayğıya və əməyinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirdi və onu da qeyd etdi ki, bu mükafat onu daha da yeni zirvələrə səsləyəcəkdir.
İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Əntiqə Səfərova çıxışında təmsil etdiyi məktəbin pedaqoji kollektivi adından tədbir iştirakçılarını təbrik etdi, Azərbaycan Respublikasının Təhsil Qanunun, Milli Təhsil Konsepsiyasının(Milli Kurikulumu), Milli Təhsil Strategiyasının həyata keçirilməsi istiqamətində məktəbdə görülən işlərdən, təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılması sahəsində görülən tədbirlərdən danışdı.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov çıxışında Oğuz təhsilinin əldə etdiyi nailiyyətlərdən, təhsil müəssisələrinin maddi-texniki cəhətdən daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlərdən, cəmiyyət üçün sağlam düşüncəli vətəndaş yetişdirilməsisahəsində təhsil müəssisələri tərəfindən həyata keçirilən sistemli və ardıcıl işlər üzərində dayandı. Cənab E.Qurbanov müəllim əməyinə dövlət tərəfindən verilən qiymətdən, müəllimlərin əməkhaqqılarının artırılması sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bayram münasibıtilə müəllimləri, təhsil işçilərini təbrik edən cənab Eyvaz Qurbanov təlim tərbiyə prosesinin yüksəldilməsi itioqamətində müəllimlərə uğurlar dilədi.
Sonda təlim- tərbiyə sahəsində uğurlar qazanmış bir qrup müəllimə Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Təhsil Şöbəsini, ATİAHİ Oğuz Rayon Komitəsinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun fəxri fərmanarı və təşəkkürnaməsi verildi.

Keçidlər