Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhilər heç vaxt unudulnmur.

12 noyabr 2017 | 16:00

        Oğuz rayonunun Xaçmaz kəndində şəhidlərə xatirə parkı salınmışdır. “Sağlam Gələcəyə Doğru” İctimai Birliyinin yeniyetmə və gənclərdə vətənpərvərlik duyğularını aşılamaq məqsədilə təqdim etdiyi layihənin təqdimat mərasiminə Oğuz rayon icra hakimiyyətinin, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ veteranları qatılıb. Mərasimdə, rayon İcra hakimiyyətinin başçısının müavini Yusif Naxçıvanski, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, "Sağlam Gələcəyə Doğru” İctimai Birliyinin sədri Azər Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri,  Veteranları və Şəhid ailələri İctimai birliyi Oğuz rayon Filialının sədri Müşfiq İsmayılov çıxış edərək bildiridilər ki, bu layihə gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində böyük əhəmiyyətə malikdir. Qeyd olundu ki, əvvəllər yararsız olan bu sahə kol-kosdan, çay daşlarından təmizlənərək bir hektara çatdırılıb. Lakin ərazinin genişləndirilməsi imkanları var və bu istiqamətdə işlər davam etdiriləcək. İlkin olaraq ərazidə iqlimə uyğun şabalıd və cökə tingləri əkilib. Layihə müəllifləri bildirib ki, turizm marşrutu üzərində yerləşən xatirə parkında bura təşrif buyuran hər kəsə könüllü ağac əkmək imkanı yaradılacaq. Həmçinin könüllülər vasitəsilə xarici turistlərə layihənin əhəmiyyətini anladan məlumat kitabları paylanacaq, lövhələr asılacaq. Təqdimat mərasiminə qatılan şəhid ailələrinin üzvləri bu xeyirxah aksiyanı yüksək qiymətləndirib, yeniyetmələrdə vətənprvərlik hislərinin aşılanmasında bu parkın mühüm rol oynayacağını bildirib.

Keçidlər