Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş

15 noyabr 2017 | 16:00

15 noyabr 2017-ci il  tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə Oğuz rayon İcra Hakimiyyətinin akt zalında görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov, rayon İcra hakimiyyətinin kollektivi, idarə, müəssisə rəhbərləri, müəllimlər, rayon ağsaqqalları iştirak etmişdir. Tədbir iştirakçıları İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş  və abidə önünə gül dəstələri qoymuşlar.  Sonra tədbir Oğuz rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov çıxış edərək Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın  nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması , o cümlədən rayonumuzda son dövrlədə aparılan geniş quruculuq işləri, dünyanın bir çox yerlərində hal-hazırda da davam edən münaişələrin, müharibələrin olduğu bir dövrdə ölkəmizdə siyasi və iqtisadi sabitliyin qorunub saxlanması və digər məsələlər haqqında danışmışdır. Cənab Eyvaz Qurbanov “Ölkəmizi tanıyaq” lahiyəsi barədə də geniş məlumat verərək məktəblilərin dünyagörüşünün və onlarda vətənpərvərlik hissinin yüksəlməsində tur-aksiyasının əhəmiyyətindən danışmış, onlara uğurlu yol arzulamışdır. Görüşdə iştirak edən məktəblilər və valideynlər tur-aksiyasının təşkili ilə bağlı ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Daha sonra «İDEA» İctimai Birliyinin xətti ilə rayon ərazisində ağacəkmə kompaniyası keçirilmişdir. Tur-aksiya iştirakçıları 16 noyabr 2017-ci il -ci il  tarixdə onlar üçün ayrılmış xüsusi avtobuslarla yola salınacaqdır.

Keçidlər