Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Xalxal kəndində içməli su xəttinin açılışı

24 oktyabr 2017 | 16:00

     24 oktyabr 2017-ci il tarixdə Oğuz rayonunun Xalxal kəndində Oğuz rayon İcra Hakimiyyətinin Başçısının, İcra hakimiyyətinin aparatı üzvlərinin, Azərbaycan Kənd İnvestisiya layihəsinin nümayəndələri üzvlərinin, İcra Nümayəndələrinin, Bələdiyyə üzvlərinin, kənd ağsaqqalları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Xalxal kəndinə yeni çəkilmiş içməli su xəttinin açılışı tədbiri keçirilmişdir.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin Başçısı cənab Eyvaz Qurbanov çıxış edərək kənd ictimaiyyətini təbrik etmiş, Ölkə rəhbəri cənab İlham Əliyevin rayona diqqət və qayğısından, rayonda görülmüş abadlıq və quruculuq işlərindən ətraflı danışmışdır.
     Azərbaycan Kənd İnvestisiya Layihəsinin Nümayəndəsi Akif Kərimli çıxış  edərək Layihəsi çərçivəsində Xalxal kəndinin şimal hissəsindən 7 km məsafədən “Ağ çaydan” Xalxal kəndinə içməli su xətti çəkilməsindən və yeni kənd daxili içməli su şəbəkəsinin qurulmasından danışmışdır.
     Kənd sakinləri adından çıxış edən, Xalxal kənd tam orta məktəbinin direktoru Rövşən Ağababayev rayon rəhbərliyini və qonaqları salamlayaraq nümayəndəlik ərazisində görülmüş işlərdən danışaraq rayona, Xalxal kəndinə göstərilən diqqətə, qayğıya ölkə rəhbərinə, rayon rəhbərliyinə kənd ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

Keçidlər