Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

Paşayev Məhəbbət Vaqif oğlu

    Məhəbbət Paşayev  5 avqust 1999-cu ildə Şəki rayon Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinifə getmişdir. 2006-cı ildə ailəsi Oğuz şəhərinə   köçmüş və Məhəbbət Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam   etdirmişdir. 2016-cı ildə məktəb-liseyi bitirmişdir.

    Məhəbbət Paşayev 26 aprel 2018-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirmişdir. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülmüşdür. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurmuşdur. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləmişdir. 2020-ci ilin avqustundan müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır.

    Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Məhəbbət Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərində savaşıb. Məhəbbət Paşayev Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Məhəbbət Paşayev sentyabr ayının 30-da Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

  Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

                                                                                                                             

Cəfərli Şahin Şamil oğlu

   Şahin Cəfərli 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətdə olarkən atası Şamil dayı dəfələrlə komandanlığın təşəkkür məktublarını almışdır. Şahinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak etmişdir. 2020-ci ilin sentyabrında səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilmişdi.

   Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şahin Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Şahin Cəfərli oktyabrın 1-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Şahin Cəfərli oktyabrın 2-də Xalxalqışlaq kəndində dəfn olunmuşdur.

   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

    Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

İsmayılov Vüsal Nəbi oğlu

 Vüsal İsmayılov 1980-cı il aprelin 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub.[1] 1986-1997-ci illərdə Y. Şəfiyev adına Xalxal kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı.

Vüsal İsmayılov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsində xidmət edib və 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xalxal kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Feyzullayev Beyrək Seyfullah oğlu

 Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi.

Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00, 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib,[1] süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub.[2] Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Məmmədov Abid Asif oğlu

Abid Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. 2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır. Ailəli idi, Əli adlı övladı yadigar qaldı.

Abid Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abid Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Abid Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abid Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Babayev Elman Telman oğlu

  Elman Babayev 1 noyabr 1994-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2001-ci ildə şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbinin 1-ci sinifinə getmişdir. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2012-ci ildə təhsilini başa vurmuşdur. Ailəli idi, 2 övladı yadigar qaldı.

Elman Babayev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elman Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Elman Babayev sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.[1] Elman Babayev oktyabrın 4-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

 

Şirəlizadə Süleyman İlham oğlu

  Süleyman Şirəlizadə 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2007-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir.

  Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlamış və döyüşlərə qatılmışdır.

  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsində Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. Süleyman Şirəlizadə 6 oktyabr 2020-ci il tarixində Oğuz rayonu Padar kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.[1]

  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Şirəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Əfəndiyev Nurlan Mürvət oğlu

  Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə getmişdir. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsi idi. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyümüşdür. Bütün təsərrüfat işlərində ailəyə kömək edərdi. Bərbər ixtisasına yiyələnmişdir. Ən böyük arzusu yanğınsöndürmə işində işləmək idi. İdmanın qaçış növü ilə məşğul olmuş, rayon yarışlarında iştirak etmişdir.

Nurlan Əfəndiyev 2014-2015-ci illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr almışdır, yaxşı xidmət etdiyinə görə iki dəfə məzuniyyətə buraxılmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Nurlan Əfəndiyev oktyabrın 6-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Nurlan Əfəndiyev oktyabrın 7-də Xalxalqışlaq kəndində dəfn olunmuşdur.[1]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Mustafayev Rasim Ərzuman oğlu

    Rasim Mustafayev 28 mart 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1997-ci ildə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2008-ci ildə məktəbi bitirmişdir.

Rasim Mustafayev Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

İkinci Qarabağ müharibəsində iştirakıAzərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rasim Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Rasim Mustafayev oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.[1] Rasim Mustafayev Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

 

 

Nuralıyev Elşən Rövşən oğlu

Elşən Nurəliyev 16 dekabr 1997-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2006-cı ildə Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbə daxil olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir.

Elşən Nurəliyev 2019-cu ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə fərqləndiyinə görə məzuniyyətə buraxılmışdır. Hərbi xidmətinin başa çatmasına 5 gün qalmış Vətən müharibəsi başlamış və tankçı kimi 29 sentyabrda Goranboy, Ağcabədi, Füzuli istiqamətinə aparılmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elşən Nurəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsində Füzuli döyüşlərində savaşıb. Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəşlə Elşən Nurəliyev şəhidlik zirvəsinə yüksəlmişdir.[1] Elşən Nurəliyev oktyabrın 12-də Sincan kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nurəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nurəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İsazadə Səfa Əmirxan oğlu

  Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur.

  Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Suqovuşan döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Feyzullayev Zahir Eyvaz oğlu

Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub.[1] 1999-2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Zahir Feyzullayev 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini bitirmişdir. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olmuş, 2014-cü il yanvar ayının 25-də həmin kursu bitirmişdir. 2014-cü il yanvar ayından 2014-cü ilin fevral ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, 2014-cü ilin fevral ayından 2015-ci ilin may ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2015-ci ilin may ayından 2018-ci ilin iyul ayına qədər N saylı hərbi hissədə qrup komandirinin müavini vəzifəsində xidmət etmişdir. Qəhrəmanlıqlarına görə 2018-ci ilin iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayının 2-də leytenant hərbi rütbəsi almışdır. 2018-ci ilin iyul ayının 2-dən N saylı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət etmişdir.

2015-ci il may ayının 2-dən 2015-ci ilin may ayının 27-dək "Görüntülü hədəf qiymətləndirmə" kursunu keçmək məqsədi ilə Türkiyənin Ankara şəhərində, 2017-ci ilin aprel ayının 28-dən 2017-ci ilin iyul ayının 13-dək "Hərbi sərbəst paraşut" kursunu keçmək məqsədi ilə Türkiyənin Ankara şəhərində, 2018-ci il oktyabr ayının 7-dən 2018-ci ilin noyabr ayının 2-dək "Statik təməl paraşut" kursu keçmək məqsədi ilə Türkiyənin Kayseri şəhərində, 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 1-dək "Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı" kursunu keçmək məqsədi ilə Türkiyənin Kayseri şəhərində olmuşdur. 2019-cu ilin yanvar ayının 29-dan 2019-cu ilin fevral ayının 23-dək "Qış-2019" təlimində iştirak etmək məqsədi ilə Türkiyənin Kars və Kayseri şəhərlərində olmuşdur.

Vətəninə göstərdiyi xidmətlərinə və qəhrəmanlıqlarına görə  "Azərbaycan Ordusunun 100 illiyi", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları və bir çox tərifnamələrə layiq görülmüşdür.

Azərbaycan Ordusunun leytenantı olan Zahir Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə tabeçiliyində olan əsgərləri döyüş meydanından təxliyə edib, həmçinin Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Zahir Feyzullayev döyüş yoldaşının torpağa tapşırıldığı gün onlarla ermənini məhv edərək dəfn yerinə zəng edib yoldaşının qisasını aldığını bildirib. Zahir Feyzullayev oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Tuğ kəndi istiqamətində şəhid olub. Oğuz rayonunun Muxas kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əliyev Anar Talıb oğlu

   Anar Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998-2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. Ailəli idi, 1 oğlan övladı yadigar qaldı.

Anar Əliyev 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Anar Əliyev oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Anar Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[1]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əhmədli Nurlan Rəhim oğlu

Nurlan Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-ci ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2014-ci ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində radiotexnika mühəndisliyi fakültəsi üzrə Bakalavr təhsili almışdır.

Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda da xidmətini uğurla başa vurmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb.[1] Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əhmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Məmmədov Tural Arif oğlu

Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2001-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir.

Tural Məmmədov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.[1]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Lillahov Fərid Loğman oğlu

Fərid Lillahov 1999-cu il martın 6-da Oğuz rayonunun Baş Daşağıl kəndində Loğman və İntizar Lillahovların ailəsində anadan olub.[1] 2005-2016-cı illərdə Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Fərid Lillahov 2019-2020 illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib.

Azərbaycan Ordusunun baş əsgəri olan Fərid Lillahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa-Xankəndi istiqamətində döyüşlərdə savaşıb. Fərid Lillahov noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində döyüşlər zamanı şəhid olub.[2][3] Oğuz rayonunun Baş Daşağıl kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
 

İbrahimli Nail Nəriman oğlu

Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində Nəriman İbrahimovun və Aqibət İbrahimovanın ailəsində anadan olmuşdur.[1] Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001-2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir.[ Subay idi.

Nail İbrahimli 2012-ci il aprelin 2-də Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2012-2013-cü illərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətini Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsində etmişdir. 2019-cu il oktyabrın 23-də sənədlərini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təqdim edən İbrahimli həmin hərbi birləşmələrə daxil oldu. 3 ay Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə kurs keçdikdən sonra eyni hərbi hissədə qoşunların xüsusi təyinatlı dəstəsinin "kiçik gizir"i kimi hərbi vəzifəsinə davam etmişdir. Daha sonra öz istəyi ilə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olmuşdur. Kəşfiyyat qrupuna daxil edilən Nail İbrahimli təlimlərdə fərqləndiyinə görə xüsusi təyinatlılar bölüyünə daxil olmuşdur.[3]

Vətən müharibəsi
Gnome-searchtool.svg Əsas məqalələr: Murovdağ döyüşləri, Füzuli döyüşləri, Zəngilan döyüşləri, Cəbrayıl döyüşləri, Qubadlı döyüşləri, Laçın döyüşləri, və Şuşa döyüşləri
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur, nəticədə, həm mülki şəxslər, həm də hərbçilər arasından ölənlər və yaralananlar olmuşdur.[4] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[5]

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli döyüşlərin ilk günlərində cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərin nəticəsində sentyabrın 27-də qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir. Nail İbrahimli bundan sonra Füzuli, Qubadlı və Zəngilan istiqamətində aparılan əməliyyatlarda iştirak etmişdir. Onun iştirak etdiyi qoşunların xüsusi təyinatlı dəstələri bu istiqamətlərdə yerləşən strateji əhəmiyyətli və ya sərhədyanı məntəqələri işğaldan azad edirdi. Bu istiqamətlərdə gedən əməliyyatlar Azərbaycan tərəfinin həm ərazi bütövlüyünü, həm də qonşu ölkələrlə sərhədinin təhlükəsizliyini və azadlığını təmin edirdi. Döyüşlərin nəticəsində Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələr və kiçik gizir İbrahimlinin də üzvü olduğu dəstənin əks-hücumu nəticəsində Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur.  Bundan əvvəl 18 oktyabr tarixində Azərbaycan Ordusu Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərini işğaldan azad edilmişdir.[12] Sərhədyanı ərazidə yerləşən və strateji cəhətdən önəm daşıyan, Arazboyu əməliyyatların mühüm hissələrindən biri olan bu əməliyyatlarda Nail İbrahimlinin uğurlu əks-hücum taktikaları, döyüşün və aktivliyin idarə olunması və pulemyotçu olaraq döyüşün öndən idarə olunması kim rolu olmuşdur. 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad olunması ilə birlikdə Azərbaycan-İran sərhədinin də azad edildiyi bildirilmişdir. Kiçik gizir İbrahimlinin iştirakı ilə Qubadlı istiqamətində strateji yüksəkliklər, yaşayış məntəqələri, sərhədyanı ərazilər və Qubadlı şəhəri azad edildikdən sonra[14] Laçın dəhlizi istiqamətində əməliyyatların aparılmasına başlanılır. İbrahimli bu döyüşlərdə iştirak etmiş və döyüşdə tərəflərin vəziyyətinin müsbətə və ya mənfiyə doğru dəyişdirilməsində mühüm rolu olmuşdur.

Vətən Müharibəsi Qəhrəmanı, mayor Elvin Səfərovun dediklərinə görə, kiçik gizir Nail İbrahimli pulemyotçu kimi dəstədə çətin və vacib vəzifələri yerinə yetirmiş, döyüşdə əsas rolu oynamışdır, həmçinin, mayor Səfərov bunu da bildirmişdir ki, İbrahimlinin döyüşdə istifadə etdiyi silahı "Hücum" və "PK" pulemyotları olmuşdur.] Ona və onun dəstəsinə bir çox mühüm əməliyyatlardan sonra Azərbaycan tərəfinin Şuşa istiqamətində irəliləməsinə şərait yaradacaq, döyüş aktivliyini artıracaq və avantaj və üstünlük qazandıracaq əməliyyatda mühüm tapşırıq verilir. "Nöqtə" əməliyyatında üstünlüyü əldə edən dəstə 7 noyabr 2020-ci ildə Şuşa şəhərinin mərkəzində növbəti tapşırığı icra edir. Bu tapşırıq nəticəsində üstünlük Azərbaycan tərəfinin olacaq və Şuşanın azad edilməsi üzrə əməliyyatlar sonlanacaqdı. Sağ və sol istiqamətdən edilən əks-hücumda tapşırıqda deyildiyi kimi, öndə əməliyyat aparan və tapşırığın mühüm hissəsini icra edən Nail İbrahimli 7 noyabr tarixində Şuşa şəhəri istiqamətində tapşırığı yerinə yetirərkən şəhid olmuşdur. Şəhid olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

2021-ci ildə İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Nail İbrahimliyə həsr edilmişdir.

Oğuz şəhəri 3 saylı məktəb-liseyə Nail İbrahimlinin adı verilmişdir.

 

 

Rəhimli Orxan Rəşid oğlu

Orxan Rəhimli 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.[1] 2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Dağ mədən mühəndisliyi" üzrə ali təhsil alıb. Subay idi.

Orxan Rəhimli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib. Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində şəhid olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Zaməddinov Fərid İmran oğlu

Fərid Zaməddinov 1986-cı il mayın 11-də Oğuz şəhərində İmran və Nərgiz Zaməddinovların ailəsində anadan olub.[1] 1992-2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Nəzrin və Nərmin adında 2 qızı, Aqşin adında isə 1 oğlu yadigar qaldı.

Fərid Zaməddinov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov noyabrın 10-da Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Zaməddinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Əhmədli Elşən Elbrus oğlu

Elşən Əhmədli 11 iyul 1997-ci ildə Oğuz rayonunda anadan olub. 2003-cü ildə E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2008-ci ildə təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə Bakalavr təhsili almışdır. Elşən gülərüz, səmimi, mehriban xüsusiyyətlərinə görə müəllim kollektivi və şagird yoldaşları tərəfindən hər zaman hörmət və rəğbətlə qarşılanırdı. O, onu sevənlərin qəlbində həmişə igid və məğrur bir gənc kimi qalacaqdır. Subay idi.

Elşən Əhmədli 2019-ci ildə Cəlilabad rayonunun Xüsusi Təyinatlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-cu ildə xidmətini uğurla başa vurmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan snayperçi Elşən Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli döyüşlərində və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Əhmədli noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir.[1][2] Elşən Əhmədli noyabr ayının 17-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əhmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əhmədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Cumuzadə Təbriz İldırım oğlu

Təbriz Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.[1] 2006–2017-ci illərdə Mingəçevir şəhərində İ. Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Təbriz Cumuzadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cumuzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cumuzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində şəhid olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Atakişili Kamil Araz oğlu

Kamil Atakişiyev 12 iyun 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006-2017-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.


Kamil Atakişiyev 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Kamil Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən özü israrla döyüşlərə qatılmışdı. Kamil Atakişiyev noyabrın 5-də Laçın dəhlizində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.[1][2] Kamil Atakişiyev noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Kərəmov Zaməddin Bahadur oğlu

Zaməddin Kərəmov 24 yanvar 2001-ci ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Bucaq kənd orta məktəbində təhsilini almışdır.

2019-cu ilin yanvarın 24-də hərbi xidmətə başlayıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. İkinci Qarabağ müharibəsinə Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində qatılıb. Suqovuşan kəndinin alınmasında iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə ürəyindən aldığı qəlpə yarası nəticəsində şəhid olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Zaməddin Kərəmovun nəşi tapılıb və 16 dekabrda doğulduğu Bucaq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaməddin Kərəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

     

Lətifov Rəvan Ömür oğlu

Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun "N" saylı hərbi hissəsində Tank əleyhinə batareyada hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışmışdır.[2]
    Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. Bir ay ərzində Gəncə şəhərinin "N" saylı hərbi hissəsində təşkil edilən intensiv hərbi təlimlərdə iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qatılıb. 29 oktyabr tarixində Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Fizuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak etmişdir. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdir.
     6 noyabr tarixində Rəvan Lətifovun iştirak etdiyi batareya Daşaltı-Şuşa istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Rəvan Lətifov qəhrəmancasına şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. O, 16 noyabr tarixində Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər